idman

Maradona əməliyyat olundu - FOTO

  • 13 Nov 2017
  • 242 baxış

Argentina millisinin sabiq futbolçusu Dieqo Maradona əməliyyat olunub. 

XalqTV.com report-a istinadən xəbər verir ki, əfsanəvi hücumçu bu barədə Facebook profilində yazıb.

Sol çiyninə cərrahi müdaxilənin ehtiyac duyulduğunu qeyd edən 57 yaşlı veteran bildirib ki, əməliyyat 1,5 saat çəkib və uğurlu olub:

"Bunu çoxdan etməli idim, lakin hər dəfə təxirə salırdım. Əməliyyat saatyarım sürdü və xoşbəxtlikdən, uğurlu oldu. Hamınızı öpürəm".

Qeyd edək ki, Dieqo Maradona hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Fucayra" komandasının baş məşqçisidir.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR