Siyasət

Filippin prezidenti Trampın "tələbilə" mahnı oxudu

  • 13 Nov 2017
  • 351 baxış

Filippin prezidenti Rodriqo Duterte Cənub-Şərq Asiya Ölkələri Assosiasiyasının (АСЕАН) 31-ci sammitinin qala-naharında ABŞ prezidneti Donald Trampın "tələbilə" mahnı oxuyub.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, Filippin lideri səhnəyə qalxaraq müğənni Polita Korrales ilə bir yerdə oxuyub.

Çıxışını bitirdikdən sonra isə kinayə ilə deyib: "Xanımlar və cənablar! Mən Amerika Birləşmiş Ştatlarının ali baş komandanının tələbi ilə oxudum".

Qeyd edək ki, АСЕАН sammiti Filippinin paytaxtı Manilada keçirilir. Sammitdə 20-dən çox ölkə rəhbəri, eləcə də BMT-nin baş katibi Antonio Qutteriş iştirak edir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR