idman
Stolüstü tennis üzrə Azərbaycanın kişi komandası yarımfinala vəsiqə qazanıb
Mayın 20-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişilərin komanda yarışında dörddəbir final mərhələsinə yekun vurulub və yarımfinalçılar müəyyən olunub.
XalqTV.com Trend-ə istinadən bildirir ki, kişilərdən ibarət yığmamızın rəqibi Fələstin millisi oyuna çıxmadığı üçün komandamıza 3:0 hesabı ilə texniki qələbə verilib.
Digər görüşlərdə də 3:0 hesabı qeydə alınıb. Səudiyyə Ərəbistanı yığması Pakistana, Türkiyə milli isə Qayana komandasına qalib gələrək yarımfinala keçiblər.
İran millisi isə mübarizəyə birbaşa yarımfinal mərhələsindən qoşulacaq.
Yarımfinal görüşləri mayın 21-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək.
XalqTV.com
RƏYLƏR