idman

Mərakeşli azarkeşlər Belçikada iğtişaş törətdi

  • 12 Nov 2017
  • 259 baxış

Mərakeş milli komandasının azarkeşləri Belçikanın paytaxtı Brüsseldə iğtişaş törədiblər.

XalqTV.com Goal.az-a istinadla xəbər verir ki, onlar komandalarının Rusiyada keçiriləcək Dünya çempionatı - 2018-ə vəsiqə qazanmasını şəhərdə iğtişaş törətməklə qeyd ediblər. Xuliqanlar bu məqsədlə küçədə bir neçə avtomobili yandırıblar. Bundan əlavə, onlar şəhər mərkəzində bir neçə müasir incəsənət abidəsini dağıdıblar. Polis azarkeşlərə qarşı su şırnağından istifadə etmək məcburiyyətində qalıb.

Mərakeş millisi Afrika təsnifat mərhələsinin Fildişi Sahilinə qarşı keçirilən oyununda 2:0 hesabı ilə qalib gələrək gələn il keçiriləcək mundiala vəsiqə qazanıb. Dünya çempionatına çıxan digər Afrika ölkəsi Tunis olub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR