idman

Kannavaro mövsümün ən yaxşısı seçildi

  • 12 Nov 2017
  • 262 baxış

Çin Superliqasında mövsümün çempionu ardıcıl 6-cı dəfə "Guangzhou Evergrande" olub. Bu klubun yeni çalışdırıcısı Fabio Kannavaro da mükafatsız qalmayıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, keçiriən səsvermədə italyan mütəxəsis mövsümün "ən yaxşı məşqçi"si seçilib. O, həmkarları Draqan Stoykoviç ("Guangzhou Fuli") və Qreqorio Manzanonu ("Guangzhou Hengfeng Zhicheng") qabaqlayıb. 44 yaşlı mütəxəsisə mükafatı "Juventus"dan sabiq komanda yoldaşı Pavel Nedved təqdim edib.

Kannavaronun ötən mövsüm rəhbərlik etdiyi "Tianjin Quanjan" Çin çempionatında 3-cü yeri tutmuşdu.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR