idman

"Real"a növbəti ağır zərbə

  • 11 Nov 2017
  • 260 baxış

"Real"ın hücumçusu Qaret Beyl yenidən sıradan çıxıb.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, uelsli futbolçu bu dəfə məşqdə zədələnib. 

"Kral klubu"nda formasını bərpa etməsi üçün Uels yığmasına çağırılmayan Beyl dünənki məşq zamanı sol ayağında ağrılar hiss edib. Həkim müayinəsindən sonra ulduz futbolçunun əzələsində yırtıq aşkarlanıb. İspaniya KİV-i Beylin təxminən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağını yayıb.

Qeyd edək ki, Qaret Beyl zədələr ucbatından bu mövsüm La Liqada 5, Çempionlar Liqasında isə 2 matçda iştirak edib, ümumilikdə 3 qol vurub.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR