idman

Qadınlar arasında stolüstü tennis üzrə Azərbaycan millisi yarımfinalda

  • 20 May 2017
  • 249 baxış

IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə qadın komandaların dörddəbir final mərhələsində yarımfinalçılar müəyyən olunub.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, qadın stolüstü tennisçilərimiz birbaşa yarımfinal mərhələsindən mübarizəyə qoşulublar. Millimiz finala vəsiqə uğrunda yarışa mübarizəyə birbaşa yarımfinaldan qoşulan Pakistan millisi ilə qarşılaşacaq. Mübarizəyə yarımfinaldan başlayan Türkiyə komandasının rəqibi dörddəbir finalda Qayana millisinə 3:0 hesabı ilə qalib gələn İran yığması olacaq.

Yarımfinal görüşləri mayın 21-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək.

XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR