idman
Futbol üzrə DÇ-2018-in daha bir iştirakçısı məlum olub
DÇ-2018-in final mərhələsinə yüksələn komandalardan birinin də adı məlum olub.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, Seneqal yığması Afrika üzrə təsnifat mərhələsi çərçivəsində Cənubi Afrika Respublikasının komandasını 2:0 hesabı ilə məğlub edərək vəsiqəni təmin edib.
Seneqal yığması tarixində 2-ci dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən "mundialda" seneqallılar ¼ finala irəliləyərək Türkiyə millisinə məğlub olmuşdular.
XalqTV.com
RƏYLƏR