idman

"Kəpəz" BOS-da toplaşdı

  • 10 Nov 2017
  • 244 baxış

Azərbaycan Premyer Liqasında yaranan fasilə ilə əlaqədar istirahətə buraxılan "Kəpəz" yenidən bir araya gəlib.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, gəncəlilər 4 günlük istirahətdən sonra Bakıda toplaşıblar. 

Gəncə klubu bu gündən hazırlığı bərpa edib. "Sarı-göylər" paytaxtda məşqlərə başlayıblar. Komandanın ilk hazırlıq prosesi Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında baş tutub.

Qeyd edək ki, "Kəpəz" Premyer Liqanın XII turu çərçivəsində noyabrın 18-də "Səbail"lə qarşılaşacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR