İqtisadiyyat

Zeyno Baran: Azərbaycanı fərqli ampluada görmək çox maraqlıdır

  • 10 Nov 2017
  • 311 baxış

Azərbaycanı hər zaman neft və qaz ölkəsi kimi tanımışıq, indi onu fərqli ampluada - Şopinq festival keçirərkən görmək, ölkənin bütün sahələrdə güclü olmasının göstəricisidir.

XalqTV.com bildirir ki, bu sözləri Bakushopfest.com saytına açıqlamasında ABŞ-ın Hudson İnstitutunun Avrasiya siyasəti mərkəzinin müdiri, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Baran deyib.

O bildirib ki, bu kimi tədbirlərin keçirilməsi Azərbaycan iqtisadiyyatı və turizmini daha da irəli aparacağından əmindir. Zeyno Baran Azərbaycana gələn turistlərin bu festivalla bağlı sayının, insanların alış - veriş həvəsinin daha da artacağını vurğulayıb. Xanım Baran Azərbaycan dövlətinin turizmin inkişafına yönələn bu addımını təqdir etdiyini söyləyib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR