idman

Qəbələdə məşqçi və hakimlər üçün seminar keçirildi - FOTO

  • 10 Nov 2017
  • 233 baxış

Qəbələdə Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə məşqçi və hakimlər üçün seminar keçirilib.

XalqTV.com Report-a verilən məlumata görə, seminar federasiya tərəfindən Qəbələyə ezam olunmuş Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynov tərəfindən aparılıb.

Seminarda məşqçi və hakimlərlə yanaşı, şimal bölgəsinin yeniyetmə cüdoçuları da iştirak edib. F.Hüseynov Beynəlxalq Cüdo Federasiyası tərəfindən qəbul olunan və 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək yeni qaydalar barəsində ətraflı məlumat verib. Cüdonun daim inkişafda olan yeni texnika və qaydaları həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd edək ki, növbəti seminarlar noyabrın 11-də Bakıda, ertəsi gün isə Gəncədə keçiriləcək.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR