Siyasət

İraqın Kürd muxtariyyətinin energetika naziri İngiltərəyə qaçdı

  • 10 Nov 2017
  • 330 baxış

İraqın Kürd muxtariyyətinin energetika naziri Aşti Havrami İngiltərəyə qaçıb.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, nazir Kürd muxtariyyətində "müstəqillik" haqqında referendum keçirildikdən sonra Ərbili tərk edib.

Hələlik muxtariyyətin rəsmi şəxsləri bununla bağlı məlumat verməyib.

Qeyd edək ki, A.Havrami 2006-cı ildən Kürd muxtariyyətinin energetika və təbii sərvətlər naziri vəzifəsində işləyib.

Xatırladaq ki, sentyabrın 25-də İraqın kürd muxtariyyəti müstəqillik haqqında qanunsuz "referendum" keçirib.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR