Bakının valyutadəyişmə məntəqələrindəki ən sərfəli məzənnəni öyrən - DAY.AZ-da yeni xidmət
XalqTV.com xəbər verir ki, Day.Az informasiya portalı oxucuların çoxdan gözlədiyi manatın məzənnəsi ilə bağlı xidməti istifadəyə verib - AZN.DAY.AZ.
/>
İndi siz Azərbaycan banklarında valyuta məzənnələri üzrə ən son və dəqiq məlumatları asanlıqla öyrənə və izləyə bilərsiniz. Kompüterlərdə və mobil telefonlarda asan və sürətlə açılan əlverişli interfeys manatın, dolların və ya avronun məzənnəsində istənilən son dəyişikliyi izləməyə, rahat kalkulyator vasitəsilə ən sərfəli mübadilə üçün bir valyutanı digərinə konvertasiya etməyə və hesablamağa imkan verəcək.
/>
Dizayn sadə və çox anlaşılandır - bankların siyahısı və valyuta alqı-satqısı. Bircə toxunuşla siyahını istənilən qaydada sıralamaq olar - bankları əlifba sırası ilə və ya ən sərfəli məzənnələri yuxarıda göstərməklə. Valyuta kalkulyatoru hər bankın məzənnəsinin yanında yerləşir.
Yeni xidmətin daha bir üstünlüyü var: Əgər siz konkret banka gəlmisinizsə və oradakı valyuta məzənnəsi saytdakına uyğun deyilsə, səhifənin altındakı ünvana məlumat göndərməklə yerindəcə şikayət edə bilərsiniz.
Bakının valyutadəyişmə məntəqələrindəki ən yaxşı məzənnəni AZN.DAY.AZ-da öyrənin!
Yusif Mirzə
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində