idman
""Milan" 3-4 üst səviyyəli futbolçu transfer etməlidir"
Fransa millisinin sabiq müdafiəçisi Marsel Desayi bu mövsüm "Milan"ın üzləşdiyi problemlər haqqında danışıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 5 il (1993-98) "rossoneri"nin şərəfini qorumuş sabiq müdafiəçi bunları deyib:
"Bütün həyatım boyu "Milan"ı sevəcəm. "San Siro"da 80 min insanın gözü önündə olmaq inanılmaz idi. Bu stadionda təsvirəgəlməz, qeyri-adi anlar yaşamışam. İndi kluba görə narahatam. Ümid edirəm ki, rəhbərlik nə etdiyini yaxşı bilir. Bu mövsüm onlar rəqabətə davam gətirmək üçün xeyli futbolçu transfer ediblər. Bu alınmır. Ona görə mövsümün sonunu gözləyib komandaya təcrübə gətirəcək və onu baxımlı edəcək 3-4 üst səviyyəli futbolçu transfer etmək lazımdır".
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR