idman

""Real" inkişafımdan çox razıdır"

  • 10 Nov 2017
  • 240 baxış

Norveç millisinin gənc futbolçusu Martin Edeqor 2015-ci ildə "Real"a transfer olunsa da, əsas komandada cəmi 1 oyuna çıxıb. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, hazırda "Herenven"in də icarədə oynayan 18 yaşlı yarımmüdafiəçi mövsümün sonunda Madridə qayıdacağını bildirib:

""Real" mənim inkişafımdan çox razıdır. Klub özümü yaxşı tərəfdən göstərdiyimi düşünür. Bu amil məni sevindirir. Yanvarda İspaniyaya qayıtmayacam. İyunda "Real"ın düşərgəsinə yollanacam, sonrasına baxarıq. Bir neçə ildən sonra yaxşı durumda olacam. Qarşıda uzun karyeram var. Bu cür gənc yaşda oynamağa başlayanda bunu unutmaq da mümkündür".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR