idman

Kasilyas: "Karyeramı Buffondan sonra başa vurmalıyam"

  • 08 Nov 2017
  • 265 baxış

"Qızıl ayaq" mükafatına layiq görülən "Portu"nun qapıçısı İker Kasilyas gələcək karyerası haqda  maraqlı açıqlama verib.

XalqTV.com qol.az-a istinadən xəbər verir ki, 36 yaşlı qolkiper  karyerasını İtaliya millisinin və "Yuventus"un qapıçısı Canluici Buffondan sonra başa vuracağını bildirib:

"Əgər Buffon karyerasını 40 yaşında bitirsə, gərək özümdə güc tapıb ondan bir il sonra futboldan gedim. Deməli, hələ karyeramı bitirməyimə bir qədər var".

Qeyd edək ki, 39 yaşlı Buffon mövsümün sonunda karyerasını bitirmək istədiyini açıqlayıb. 

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR