İqtisadiyyat

Dövlət büdcəsinə gömrükdən gələn vəsait 18 faizə yaxın artıb

  • 08 Nov 2017
  • 315 baxış

2017-ci ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycanın dövlət büdcəsinə 2,17 milyard manat köçürüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz çoxdur.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu barədə DGK-nın hesabatında deyilir.

Oktyabr ayında büdcəyə gömrük daxilolmaları 217 milyon manat təşkil edib. Ötən ay büdcəyə gömrük rüsumlarından 67,37 milyon manat, ƏDV - 138,18 milyon manat, aksiz - 8,54 milyon manat, yol vergisi - 2,93 milyon manat təşkil edib.

Ötən ilin oktyabr ayı ilə müqayisədə gömrük rüsumlarından daxilolmalar 18 faiz, ƏDV-dən - 17,5 faiz, aksizdən - 45,2 faiz, yol vergisindən - 17,7 faiz artıb.

Qeyd edək ki, 2017-ci il dövlət büdcəsində gömrük daxilolmaları proqnozu 2,25 milyard manat təşkil edir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR