İqtisadiyyat

Latviya aviaşirkəti Azərbaycanda nümayəndəlik açdı

  • 08 Nov 2017
  • 310 baxış

Latviyanın "AirBaltic" milli aviaşirkəti Azərbaycanda nümayəndəlik açıb.

XalqTV.com bu barədə "Vergilər" qəzetinə istinadən məlumat verir.

Şirkətin rəsmi nümayəndəsi Rusiya vətəndaşı Andrey Larçenkodur.

"AirBaltic" Səhmdar Cəmiyyəti 1995-ci ildə yaradılıb. Şirkətdə səhmlərin 80,05 faizi Latviya dövlətinə məxsusdur.

Şirkətin parkında 30 avialayner, o cümlədən 5 "Boeing 737-500", 6 "Boeing 737-300", 7 "Bombardier CS300" və 8 "Bombardier Q400 NextGen" təyyarəsi var.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR