Siyasət

Parlament komitələrində büdcə zərfinin müzakirəsi davam edir

  • 08 Nov 2017
  • 322 baxış

Azərbaycanın 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin Milli Məclisdə müzakirəsi davam edir.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu gün büdcə zərfinə daxil olan qanun layihələri Milli Məclisin daha 5 komitəsinin - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq  məsələləri komitələrinin birgə iclasının müzakirəsinə çıxarılıb.
 
Müzakirələrdə komitələrin sədrləri və üzvləri ilə yanaşı, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, maliyyə nazirinin müavini Azər Bayramov, Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digər rəsmi şəxslər iştirak edir.
 
Komitələrin birgə iclasına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sədrlik edir.
 
Qeyd edək ki, komitələrdə büdcə müzakirələri noyabrın 13-də başa çatacaq.
 
Noyabrın 21-də isə büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR