idman
Ronaldoya yeni təklif
Braziliya yığmasının sabiq futbolçusu Ronaldo "Korintians"a qayıda bilər.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "fenomen"in bu klubun direktoru vəzifəsinə gətirilmək variantı yaranıb.
Bu barədə "Korintians"ın prezident postuna namizədlərdən olan Andres Sançes məlumat verib. O bildirib ki, seçkilərdə qalib gəlsə, Ronaldoya klubun direktoru vəzifəsində çalışmağı təklif edəcək: "Mən qalib gəlsəm, Ronaldo "Korintians"ın direktorları sırasında yer alacaq. O, səlahiyyətli insandı və həmişə bu kluba yaxın olub".
Qeyd edək ki, Ronaldo 2008-2011-ci illərdə "Korintians"ın formasını geyinib.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR