"Fənərbağça" Aykut Kocamanla bağlı qərar verdi
Türkiyənin "Fənərbağça" klubu son günlərdə istefası gündəmdə olan baş məşqçi Aykut Kocamanla bağlı qərarını açıqlayıb.
XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, Kocaman, Super Liqanın son turunda "Osmanlıspor"la 1:1 hesablı bərabərliyə razılaşdıqları görüşdən sonra istefasının mümkün olduğunu dilə gətirmişdi. Lakin klub rəhbərliyi ilə mütəxəssis arasında baş tutan danışıqların ardından onun komandada qalmasına qərar verilib.
Klubun rəsmi saytının yaydığı məlumatda bunlar qeyd olunub: "Baş məşqçimiz komandanın başındadı. Hələ itirilmiş heç bir şey yoxdu".
Qeyd edək ki, "Fənərbağça" Super Liqada geridə qalan 11 turda cəmi 4 qələbə qazanıb və 17 xalla 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Bu komanda lider "Qalatasaray"dan 9 xal geri qalır.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində