idman
AVRO-2008-in bürünc medalçısı "Kayrat"la müqaviləsini yeniləyəcək
Rusiya millisinin sabiq üzvü Andrey Arşavin "Kayrat" klubunda qalmaq qərarına gəlib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Almata klubu ilə yeni müqavilə imzalayacaq. Onun daha bir il Qazaxıstan çempionatında çıxış edəcəyi gözlənilir. Arşavin 2016-cı ildə "Kuban"dan "Kayrat"a keçib.
Burda 50 oyuna 19 qol vurub. Onun komandası bu mövsüm ölkə Kubku və Superkubokuna sahib çıxıb. "Kayrat" Qazaxıstan çempionatında "Astana"dan 1 xal geri qalaraq gümüş medallara yiyələnib.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR