Siyasət
Azərbaycan Brüsseldə NATO toplantısında iştirak edəcək
Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində noyabrın 9-da keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşəcək.
Müdafiə Nazirliyindən XalqTV.com-a verilən məlumata görə, toplantıda Müdafiə nazirinin ölkəmizin Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfə və Əfqanıstan ilə müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlıq mövzusunda çıxışı nəzərdə tutulub.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
ŞƏRH YAZ
RƏYLƏR