idman

Avropa çempionu olan şahmatçılarımızdan biri polis zabiti imiş - FOTO

  • 07 Nov 2017
  • 235 baxış

Oktyabrın 28-dən noyabrın 6-dək Yunanıstanın Krit adasında keçirilən klublararası komanda çempionatında Azərbaycanın kişi şahmatçılarından ibarət yığmasının uğur qazanaraq Avropa çempionu olması ölkəmizdə böyük sevinclə qarşılanıb.

/>

Qitə çempionatında komandamızın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Teymur Rəcəbov, Qədir Hüseynov və Arkadi Naydiç mübarizə apararaq komandamıza üçüncü dəfə Avropa çempionu adını qazandırıblar.

Maraqlıdır ki, milli komandamızın tərkibində çıxış edən Rauf Məmmədov həm də polis zabiti imiş.

O, Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin İdman Təlimi şöbəsinin inspektoru, polis baş leytenantıdır.

/>

Azərbaycan şahmatçıları Avropa çempionatının qalibi oldu - YENİLƏNİB

Polis baş leytenantı R.Məmmədov şahmat oynamağa 7 yaşından başlayıb. Şahmat üzrə üçqat Azərbaycan çempionudur. O, 2004-cü ildə qrossmeyster dərəcəsinə yüksəlib. Şahmatçı polis 2009-cu ildə Novi Sad və 2013-cü ildə Varşavada keçirilən şahmat üzrə milli komandaların Avropa çempionatında qızıl medal, daha öncə, 2007-ci ildə isə bürünc medal qazanmış Azərbaycan komandasının tərkibində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və Qədir Hüseynovla birgə çıxış edib. O, 2009-cu ildə Texas ştatının Lubbok şəhərində keçirilən 16-cı kateqoriyalı SPİCE Kubok Turnirində Yuriy Kuzubov və Dmitry Andreikinlə 1-3-cü yerləri bölüşüb.        R.Məmmədov 2011-ci ildə Corsica Masters blitz turnirinin, 2015-ci ildə isə Minskdə keçirilən Avropa Bitz Çempionatının qalibi olub.

Zəfər Tağı

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR