idman

"Qəbələ" Türkiyə klubuna 6 cavabsız qolla qalib gəldi

  • 07 Nov 2017
  • 244 baxış

Türkiyədə təşkil olunan "Limra Cup" turnirində növbəti oyunlar keçirilib.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "Qəbələ"nin 11 yaşadək futbolçulardan ibarət komandası yarışın 4-cü günündə "Kəmər Kartalları" ilə qarşılaşıb. 

Keçirdiyi bütün qarşılaşmalarda böyükhesablı qələbə qazanan "qırmızı-qaralar" seriyanı bu dəfə də davam etdiriblər. Rüstəm Məmmədovun baş məşqçisi olduğu komanda 6 cavabsız qolla qalib gəlib. "Qəbələ"nin heyətində Ziya Şəkərxanov 2, Ömər Cəbrayılov, Həsən Nəzərli, Murad Əbilov və Ömər Ağababayev hərəyə 1 dəfə fərqləniblər.

Bunadək "Manavqatspor"u 10:0, "BD Spor"u 4:0 hesabı ilə məğlub edən "Qəbələ" 3 matçdan sonra 9 xalla liderlər qrupunda qərarlaşıb. Komanda bu gün daha iki oyun keçirəcək.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR