Siyasət

Əfqanıstanlı nazirlər Azərbaycana gələcəklər

  • 06 Nov 2017
  • 282 baxış

Noyabrın 7-də Əfqanıstanın maliyyə naziri Eklil Əhməd Hakimi və rabitə və informasiya texnologiyaları naziri Şəhzad Qul Aryobi Azərbaycana səfər edəcək.

XalqTV.com xəbər verir ki, bu barədə Trend-ə Əfqanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən Trend-ə bildiriblər ki, səfər iki gün davam edəcək. Səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Ramin Quluzadə ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan və Əfqanıstan arasında 2017-ci ilin 9 ayı üzrə ticarət dövriyyəsi 17,96 milyon dollar təşkil edib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR