idman
Bakı-2017: Daha bir sərbəst güləşçimiz finala doğru
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ağır çəkili güləşçilər tatami üzərinə çıxıblar.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, 125 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Cəmaləddin Məhəmmədov 1/4 finalda suriyalı Raja Alkradla üz-üzə gəlib.
İnamla güləşən C.Məhəmmədov rəqibini mübarizədən kənarlaşdırıb - 10:0.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR