İqtisadiyyat
Neftin qiyməti kəskin qalxdı
Səudiyyə Ərəbistanında şahzadələrin həbsindən və yüksək vəzifəli məmurların olduğu helikopterin qəzaya uğramasından sonra "Brent" markalı neftin qiyməti 62,81 dollaradək yüksəlib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, London birjasında "Brent" ötən günlə müqayisədə 0,63 faiz yüksələrək 62,45 dollar təşkil edib.
ABŞ-ın "WTI" markalı nefti üzrə dekabr ayına olan fyuçersləri bir barrel üçün 55,95 dollar təşkil edib. Bu marka 0,54 faiz artım nümayiş etdirib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR