Qaralar kəndi ermənilərin hədəfində: Dinc sakinlər atəşə tutulur - VİDEO
Tovuzun Qaralar kəndi mütəmadi olaraq düşmənın təxribatına məruz qalır. Bir neçə gün öncə erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində kənd sakini Ağabəy Rüstəmovun evinə ciddi ziyan dəyib. Xoşbəxtlikdən mülki sakinlar arasında xəsarət alan olmayıb.
XalqTV.com xəbər verir ki, kəndin icra nümayəndəsi Ramiz Süleymanov azvision.az-a bildirib ki, ziyan dəyən evin təmiri ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətinə müraciət edilib.
İcra nümayəndəsi, həmçinin düşmənin tez-tez Qaralar kəndini hədəfə aldığını deyib. Onun sözlərinə görə, dəfələrlə kənd atəşə məruz qalıb, evlərə ziyan dəyib.
"Azərbaycan ordusunun qüdrətinə inanırıq. Ordumuz həmişə düşməinin layiqincə cavabını verir və onları sumağa məcbur edir", - kənd icra nümayəndəsi deyib.
XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində