Siyasət

Elmar Məmmədyarov İsveç Krallığında rəsmi səfərdədir

  • 06 Nov 2017
  • 275 baxış

Xarici işlər naziri Elmar Məmmədyarov 6-7 noyabr tarixlərində İsveç Krallığında rəsmi səfərdə olacaq.

XİN-nin mətbuat xidmətindən XalqTV.com-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun İsveç Kralığının xarici işlər naziri xanım Marqot Vallström və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

10 fevral 2016-cı ildə İsveç Kralığının xarici işlər naziri xanım Marqot Vallström Azərbaycan Respublikasına səfər edib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR