idman
Təmsilçimiz suya tullanma yarışının finalında
Azərbaycan təmsilçisi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yarışının finalına yüksəlib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, idmançımız Atryom Danilov kişilər arasında 10 metr hündürlükdən suya tullanma yarışının təsnifat mərhələsində birinci yeri tutaraq finala vəsiqə qazanıb - 338.00.
Həmçinin finala türkiyəli Kıvanç Gür (291.60 xal) və iranlı Şahnam Nəzərpur (266.10) çıxıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR