"Çelsi"nin sahibi Mourinyonu şam yeməyinə dəvət edib
"Çelsi"nin sahibi Roman Abramoviç "Mançester Yunayted"in baş məşqçisi və yaxın dostu Joze Mourinyonu şam yeməyinə dəvət edib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəsisin bu dəvəti qəbul edib-etməməsi açıqlanmır. "The Sun" nəşri Abramoviçlə Antonio Konte arasında münasibətlərin pozulmasını əsas gətirirək bunu "zadəganlar"ın baş məşqçi postunda növbəti dəyişikliyin siqnalı kimi qiymətləndirib.
Rusiyalı iş adamı 2 dəfə Mourinyonu baş məşqçi postuna gətirib. Portuqaliyalı çalışdırıcının 2015-ci ildəki qayıdışı "Çelsi"nin Premyer Liqa çempionluğu ilə başa çatsa da, növbəti mövsüm fiasko ilə yadda qalmışdı. Mourinyo London klubuna 3 İngiltərə çempioluğu, 3 ölkə Kuboku qazandırmaqla onun tarixində ən uğurlu məşqçi kimi qalmaqdadır.
XalqTV.com