idman
"Valensiya" 70 illik rekordunu təkrarladı
"Valensiya" İspaniya Primerasının 11-ci turunda "Leganes"ə 3:0 hesabıyla qalib gəlməklə turnir cədvəlində 2-ci pillədəki yerini qoruyub. Bununla da, "yarasalar" ardıcıl 7-ci qələbəsini qazanıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Valensiya" bu baxımdan 1947-ci ilin sentyabrında göstərdiyi rekordu təkrarlayıb. Komanda bu mövsüm yalnız 3 oyunda xal itkisi ilə üzləşib. 11 oyunda "Valensiya" rəqib qapılarından 30 qol keçirib.
XalqTV.com
RƏYLƏR