idman

"Heç kim buna inanmazdı"

  • 06 Nov 2017
  • 236 baxış

"Bavariya" Bundesliqanın 11-ci turunda "Borussiya Dortmund"u səfərdə 3:0 hesabıyla məğlub edərək liderliyini möhkəmlənirib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, matçdan sonra Münhen klubunun baş məşqçisi Yupp Haynkes bunları deyib:

"Yaxşı rəqibə qarşı, xüsusən ilk hissədə diqqətəlayiq oyun göstərdik. Etiraf etmək lazımdır ki, Dortmund klubu da əlverişli imkanlar qazandı. Amma Sven Ulrayx bizi oyundan qopmağa qoymadı. "Bavariya" tam motivasiyalı idi, biz qalib gəlmək istəyirdik. 4 həftə əvvəl heç kim inanmazdı ki, "Borussiya"nı 6, "RB Leipzig"i isə 4 xal geridə qoyacağıq. Zədəli futbolçular qayıdandan sonra daha yaxşı oynayacağıq".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR