idman

"Qalatasaray"ın sabiq futbolçusu istefa verdi

  • 06 Nov 2017
  • 240 baxış

Amerikada malatyalı iş adamları tərəfindən təsis olunan "Malatyaspor USA" klubunun baş məşqçisi Umit Karan istefa verib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Qalatasaray"ın sabiq futbolçusu bu qərarını sosial şəbəkə vasitəsilə açıqlayıb.

"Təxminən 4 ay öncə "Malatyaspor USA" komandasında başladığım işi başa çatdırdım. Həftələr ərzində çiyin-çiyin mübarizə apardığım futbolçu dostlarıma təşəkkür etməyi borc bilir, liqada ilk pillədə qərarlaşan komandaya çempionluq yolunda uğurlar arzulayıram. Gərəkli açıqlamanı daha sonra verəcəm" - Karan İnstagram hesabında yazıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR