"Unutmayacağam, bağışlamayacağam" - Assanj - VİDEO - FOTO
Heç bir ittiham irəli sürüldmədən tam 5 il məhbəsdə oldum. Bu müddət ərzində övladlarım böyüdü, onlarla təmasda olmadım, doyunca görə bilmədim onları, danışa bilmədim. Adımı da ləkələdilər. Bunu bağışlamayacağam, unutmayacağam.
XalqTV.com ABC-yə istinadən bildirir ki, WikiLeaks-in banisi Culian Assanj dünən Ekvadorun Londondakı səfirliyinin eyvanında, jurnalistlərin qarşısında belə deyib. Ona qarşı istintaq dayandırılıb.
İsveçdə Assanjı seksual zorakılıqlarda və təcavüzlərdə suçlayırdılar.
İsveçə ekstradisiya olunmamaq üçün C.Assanj son beş ili Ekvadorun Londondakı səfirliyində keçirmişdi.
Bu illər ərzində o, bir dəfə də küçəyə çıxmayıb.
İlkin məlumatlara görə, Culian Assanj Fransadan siyasi sığınacaq istəmək niyyətindədir.
Assanjın indi küçəyə çıxarsa, həbs olunub-olunmayacağı sual altındadır. Britaniya polisi onu həbs etmək niyyətindən əl çəkməyib.
ABŞ-da da avstraliyalı Assanjı həbs gözləyir. Birləşmiş Ştatlarda Assanjı ömürlük həbs və ya edam gözləyir.
İsveç prokurorluğu Assanjı iki qadını zorlamaqda suçlayırdı və ittihamın ləğv olunmasını Assanj İsveç məhkəmə sistemi üzərində qələbə sayır.
"WikiLeaks sənədlərin dərcini davam edəcək. Bu gün mənimçün önəmli qələbə günüdür. Lakin yol yeni başlayır, əsl savaş irəlidədir. ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən özümə və əməkdaşlarıma qarşı hədələrə dözmək niyyətində olmasam da, bu qurumla dialoqa hazıram. Yeddi ildir ki, ev dustağıyam. İttihamsız həbs və ekstradisiya Avropa Birliyini fərqləndirən məqamdır. Sivil ölkələr belə davranmırlar", - Assanj deyib.
XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində