idman

Kavani, Alveş və Mbappe üçün əlamətdar oyun

  • 05 Nov 2017
  • 250 baxış

Fransa Liqasının 12-ci turunda "Angers"in qonağı olan PSJ 5:0 hesabıyla qalib gəlib. Görüş Paris klubunun bir sıra futbolçuları üçün əlamətdar olub. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, bunlar Dani Alveş, Edinson Kavani və Kilian Mbappedir. Alveş 2015-ci il 28 noyabrdan sonra ilk dəfə bir oyunda 2 məhsuldar ötürmənin müəllifi olub. O, sonuncu dəfə analoji statistikanı "Barselona" - "Real Soceidad" matçında (4:0) göstərmişdi. "Angers"in qapısına 2 qol vuran Kavani Liqa 1-də 100 qol həddinə çatıb. Uruqvaylı forvard 144 oyuna bunu edib və 100 qolu ən tez vuran 5-ci futbolçu kimi tarixə düşüb.

Matçda dubla imza atan digər hücumçu Kilian Mbappe isə Fransa Liqasında 20-ci qolunu vurub. O, son 40 ildə buna nail olan ən gənc (18 yaş 10 ay) futbolçudur.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR