"Keçən mövsüm onlar daha güclü idi"
"Barselona"nın baş məşqçisi Ernesto Valverde İngiltərə klublarının Çempionlar Liqasındakı performansını şərh edib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Valverde açıqlamasında Premyer Liqa klubları haqda müsbət fikirlər səsləndirib:
"İngilis klubları növbəti dəfə öz güclərini ortaya qoyublar. Son zamanlarda onlar onların ÇL-da çıxışı o qədər də uğurlu alınmırdı. "Avropa Liqasında da" demək istədim, ancaq "Mançester Yunayted"in keçən mövsüm qazandığını xatırladım.
İngilis klubları həmişə qələbəyə namizədlər arasında olacaqlar. Onların çoxlu pul, böyük oyunçular və zəngin tarixi var. Ancaq bu, İspan klublarının zəif olduğunu göstərir. Keçən mövsüm onlar daha güclü idi. Son illərdə Çempionlar Liqasında İngilis klublarının uğursuzluğu bəlkə də ən böyük paradoksdur".
Xatırladaq ki, Premyer Liqa klublarından son dəfə 2012-ci ildə "Çelsi" Çempionlar Liqasında qalib olub.
XalqTV.com