Bundesliqanın son turu: "Borussiya" və "Hoffenhaym"ın "bürünc" savaşı
Bu gün Almaniya Bundesliqasına yekun vurulacaq.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, sonuncu XXXIV turun bütün matçları eyni gündə, eyni saatda baş tutacaq.
Sona bir oyun qalmış artıq "Bavariya" çempionluğu, "Leypziq" ikinciliyi özü üçün təmin edib. Çempionlar Liqasına vəsiqə verən digər iki yerin sahibləri də bəllidir. Eyni xala malik "Borussiya" və "Hoffenhaym" "bürünc" üçün qiyabi mübarizə aparacaqlar.
Dortmundlular orta sıralarda qərarlaşmış "Verder"i qəbul edəcəklər. Mövsüm boyunca ən az məğlub olan ikinci komanda - "Hoffenhaym" isə II Bundesliqaya yuvarlanmaq təhlükəsi hələ də davam edən "Auqsburq"la qarşılaşacaq.
Son sıraların taleyini həll etmək baxımından çox önəmli olan matçda "Hamburq"la "Volfsburq" münasibətlərinə aydınlıq gətirəcəklər.
Avropa Liqasına qatılmağı hədəfləyən "Frayburq"u da çətin sınaq gözləyir. Komanda çempionluğu təmin etmiş və doğma azarkeşlər önündə qeyd etməyə hazırlaşan "Bavariya" səfərinə yollanacaq.
Almaniya Bundesliqası
XXXIV tur
20 may
17:30. "Bavariya" - "Frayburq"
17:30. "Borussiya" D. - "Verder"
17:30. "Köln" - "Maynz"
17:30. "Ayntraxt" - "Leypziq"
17:30. "Hamburq" - "Volfsburq"
17:30. "Herta" - "Bayer"
17:30. "Hoffenhaym" - "Auqsburq"
17:30. "İnqolştdat" - "Şalke"
17:30. "Borussiya" M. - "Darmştadt"
Turnir cədvəli
1. | Bavariya | 33 | 24 | 7 | 2 | 85:21 | 79 |
2. | Leipziq | 33 | 20 | 6 | 7 | 64:37 | 66 |
3. | Borussiya D. | 33 | 17 | 10 | 6 | 68:37 | 61 |
4. | Hoffenhaym | 33 | 16 | 13 | 4 | 64:37 | 61 |
5. | Herta | 33 | 15 | 4 | 14 | 41:41 | 49 |
6. | Frasyburq | 33 | 14 | 6 | 13 | 41:56 | 48 |
7. | Köln | 33 | 11 | 13 | 9 | 49:42 | 46 |
8. | Verder | 33 | 13 | 6 | 14 | 58:60 | 45 |
9. | Borussiya M. | 33 | 12 | 8 | 13 | 43:47 | 44 |
10. | Şalke | 33 | 11 | 9 | 13 | 44:39 | 42 |
11. | Ayntraxt | 33 | 11 | 8 | 14 | 34:41 | 41 |
12. | Bayer | 33 | 10 | 8 | 15 | 47:53 | 38 |
13. | Mainz | 33 | 10 | 7 | 16 | 44:53 | 37 |
14. | Auqsburq | 33 | 9 | 10 | 14 | 35:51 | 37 |
15. | Volfsburq | 33 | 10 | 7 | 16 | 33:50 | 37 |
16. | Hamburq | 33 | 9 | 8 | 16 | 31:60 | 35 |
17. | İnqolştadt | 33 | 8 | 7 | 18 | 35:56 | 31 |
18. | Darmştadt | 33 | 7 | 3 | 23 | 26:61 | 24 |
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində