İqtisadiyyat

BP-nin vitse-prezidenti: ""Şahdəniz 2" üzrə işlər cədvələ uyğun davam edir"

  • 03 Nov 2017
  • 343 baxış

"Şahdəniz 2" müstəsna layihədir.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda illik Xəzər texniki konfransı zamanı BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki layihələri üzrə regional vitse-prezidenti Yuen Drammond deyib.

Onun sözlərinə görə, bu layihə üzrə işlərin 98-dən faizdən çoxu başa çatıb: "Layihə üzrə işlər cədvələ və təsdiq olunmuş büdcəyə uyğun davam edir. Bu, 28 milyardlıq çox mürəkkəb layihədir. Burada irimiqyaslı qazma proqramı, misilsiz sualtı infrastruktur, iki birləşmiş platformanın tikintisi, Səngəçal terminalının və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi həyata keçirilib".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR