Messi 5-ci dəfə ən yaxşı oldu
Lionel Messi "Barselona"da ötən mövsümün ən yaxşı oyunçusu seçilib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bu barədə katalon klubu açıqlama yayıb.
Bildirilib ki, bu mükafat klubun müxtəlif şöbələrinin rəhbərlərindən ibarət şura tərəfindən seçilən oyunçuya təqdim olunur və Aldo Rovirin adını daşıyır.
Leo karyerasında 5-ci dəfə mövsümün ən yaxşısı adına layiq görülüb. O, həmçinin 2009/10, 2010/11, 2012/13, 2014/15 mövsümlərində də bütün komanda yoldaşlarını qabaqlayıb.
Sözügedən mükafatı hərəsi bir dəfə olmaqla Erik Abidal (2011/12), Xavier Maskerano (2013/14) və Luis Suarez (2015/16) də qazanıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin