idman

"Barselona" yeni baş məşqçisini tapıb - RƏSMİ

  • 07 May 2017
  • 232 baxış

"Barselona"nın vitse-prezidenti Jordi Mestre baş məşqçi Luis Enrikeni əvəzləyəcək çalışdırıcını tapdıqlarını söyləyib. Fanat.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi belə deyib:

"Hə, onun yerini tutacaq mütəxəssisi tapmışıq. Enrike istənilən halda, gedəcək. Ancaq xələfinin adını açıqlamayacam. Bu, mövsümün sonunda komandaya və baş məşqçisinə yaxşı təsir etməz".

Qeyd edək ki, mətbuatda 3 çalışdırıcının adı "Barsa"yla yanaşı hallanıb. Bunlar Ronald Kuman ("Everton"), Ernesto Valverde ("Atletik") və Enrikenin sabiq köməkçisi Xuan Karlos Unsuedi.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR