idman
Türkiyə mətbuatının Fellaini çaşqınlığı
"Manchester United"in yarımmüdafiəçisi Maruan Fellaininin əkiz qardaşı Türkiyə mətbuatını çaşbaş salıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, belçikalı futbolçunun qardaşının İstanbulda görünməsi, yerli mətbuatda onun "Beşiktaş"la danışıqlar aparması üçün gəlməsi barədə xəbərlərin yayılmasına səbəb olub. Ancaq sonradan bu şəxsin Maruan yox, onun əkiz qardaşı Mansur olduğu məlum olub. Bu barədə Fellaininin PR şirkəti açıqlama yayıb.
Xatırladaq ki, "Fellaini"ni İstanbulda görən türkiyəli jurnalistlər, onun "Beşiktaş"la danışıqlar aparmaq üçün gəldiyini, qışda bu kluba transfer oluna biləcəyi barədə xəbər yaymışdı. Fellaininin qardaşı jurnalistlərin suallarını cavabsız qoymuşdu.
XalqTV.com
RƏYLƏR