Siyasət
Lavrov ATƏT-in baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 3-də ATƏT-in baş katibi Tomas Qremingerlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.
XalqTV.com Trend-ə istinadən bildirir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
M.Zaxarova qeyd edib ki, bu görüş T.Qremingerin ATƏT baş katibi vəzifəsində Moskvaya ilk səfəri çərçivəsində baş tutacaq.
XalqTV.com
ŞƏRH YAZ
RƏYLƏR