idman
Ronaldu: "Hanı Pepe, Xames, Morata?"
"Real"ın futbolçusu Kriştianu Ronaldu komandanın heyətindən narazılığını bildirib.
XalqTV.com komanda.az-a istindən xəbər verir ki, Ronaldu bir sıra güclü futbolçuların komandadan göndərilməsini qınayıb. O, hazırda "Real"da Pepe, Xames Rodriges, Alvaro Morata səviyyəsində futbolçuların olmadığını vurğulayıb:
"Hazırda heyətdə olan futbolçular böyük potensiala malikdilər. Ancaq Pepe, Xames, Moratanın olduğu "Real" daha güclü idi. Onlardan sonra komandaya gələnlər hələ gəncdilər.
Bundan əlavə, bizdə Karvahalla Beyl də çatışmır.
"Real" zəif deyil. Amma indi təcrübə azlığı var ki, bu da vacib faktordu. Mənim sözlərimi özünə haqq qazandırmaq kimi də qəbul etməyin".
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR