idman

Aqüero rekord vurdu

  • 02 Nov 2017
  • 261 baxış

Argentinalı hücumçu Serxio Aqüero İngiltərənin "Mançester Siti" futbol komandasının tarixində qolların sayına görə birinci yerə çıxıb.

XalqTV.com  "Report"a istinadən bildirir ki, bu barədə "RT" xəbər verib.
Bildirilir ki, onun futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin IV turunda İtaliyanın "Napoli" komandasının qapısına vurduğu qol Aqüeronun "Mançester Siti"dəki karyerasında 178-cidir.
Qeyd edək ki, "Napoli" (İtaliya) - "Mançester Siti" (İngiltərə) oyunu 2:4 hesabı ilə başa çatıb.
Aqüero bununla Erik Bruku qabaqlayıb. Onun hesabında 177 qol olub.
"Mançester Siti"nin bombardirləri arasında 3-cü yeri 166 qolla Tommi Conson tutub.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR