idman

Çempionlar Liqası: "Beşiktaş"dan bərabərlik

  • 01 Nov 2017
  • 215 baxış

>  >

Bu gün Çempionlar Liqasında IV tura yekun vurulacaq. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, E, F, G və H qruplarında bir çox məsələlərə aydınlıq gələcək.

Gərginliyi ilə diqqət çəkən E qrupunda diqqətlər "Sevilya" - "Spartak" matçına yönələcək. Öz meydanında rəqibini darmadağın edərək liderliyi bölüşən Moskva təmsilçisi İspaniyada ən azı 1 xal üçün mübarizə aparacaq. "Liverpul"un isə "Maribor"u növbəti dəfə məğlub edərək, zirvədə qalması gözlənilir.

F qrupunda rəqib tanımayan "Mançester Siti" İtaliyada Napolinin qonağı olacaq. "Şəhərlilər"in mümkün qələbəsi onları 1/8 finala daşıyacaqsa, neapollular üçün yolun sonu ola bilər. "Şaxtyor" isə doğma azarkeşləri önündə "Feyenoord"a qalib gəlib, işini asanlaşdırmaq niyyətindədi.

G qrupunun lideri "Beşiktaş" da sona 2 tur qalmış adını növbəti mərhələyə yazdıra bilərdi. Bunun üçün Türkiyə çempionu öz meydanında autsayder "Monako"ya qalib gəlməli idi. Qrupun digər matçında "Leypsiq" "Porto"nu səfərdə məğlub etsə, istanbullulara 1 xal da bəs edəcək.

Günün ən böyük maraq doğuran görüşü Londonda oynanılacaq. H qrupunda eyni xalla liderliyi bölüşən "Tottenhem"lə "Real" münasibətlərinə aydınlıq gətirəcəklər. Qalib gələn tərəf təkcə liderliyi ələ keçirməyəcək, həm də növbəti mərhələyə vəsiqəni təmin edə bilər. Bunun üçün digər oyunda bərabərlik qeydə alınmalıdı.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

1 noyabr

E qrupu

23:45. "Liverpul" (İngiltərə) - "Maribor" (Sloveniya)

23:45. "Sevilya" (İspaniya) - "Spartak" (Rusiya)

1.

Liverpul

3

1

2

0

10-3

5

2.

Spartak

3

1

2

0

7-3

5

3.

Sevilya

3

1

1

1

6-7

4

4.

Maribor

3

0

1

2

1-11

1

F qrupu

23:45. "Şaxtyor" (Ukrayna) - "Feyenoord" (Hollandiya)

23:45. "Napoli" (İtaliya) - "Mançester Siti" (İngiltərə)

1.

Mançester Siti

3

3

0

0

8-1

9

2.

Şaxtyor

3

2

0

1

4-4

6

3.

Napoli

3

1

0

2

5-5

3

4.

Feyenord

3

0

0

3

2-9

0

G qrupu

"Beşiktaş" (Türkiyə) - "Monako" (Fransa) - 1:1

Qollar: Cenk Tosun, 53 (pen.) - Roni Lopes, 45+1

23:45. "Porto" (Portuqaliya) - "Leypsiq" (Almaniya)

1.

Beşiktaş

4

3

1

0

8-3

10

2.

Leypziq

3

1

1

1

4-5

4

3.

Porto

3

1

0

2

6-6

3

4.

Monako

4

0

2

2

3-9

2

H qrupu

23:45. "Tottenhem" (İngiltərə) - "Real" (İspaniya)

23:45. "Borussiya" (Dortmund, Almaniya) - APOEL (Kipr)

1.

Tottenhem

3

2

1

0

7-2

7

2.

Real Madrid

3

2

1

0

7-2

7

3.

Borussiya D.

3

0

1

2

3-7

1

4.

APOEL

3

0

1

2

1-7

1

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR