İqtisadiyyat

FED uçot dərəcəsi ilə bağlı qərar verdi

  • 01 Nov 2017
  • 320 baxış

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, FED uçot dərəcəsini 0,1-1,25% səviyyəsində saxlayıb.

Qeyd edək ki, sonuncu dəfə FED iyunun 14-də uçot dərəcəsini 0,75-1%-dən 1-1,25%- dək artırıb.
 
Bundan əvvəl FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1%-dək artırıb. 2016-ci ilin dekabrın 14-də isə tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75% artırılması barədə qərar qəbul edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR