idman

""Qarabağ" Madriddə hamını heyrətləndirdi"

  • 01 Nov 2017
  • 230 baxış

Latviyanın delfi.lv xəbər portalında yerləşdirilmiş "Qarabağ" Madriddə hamını heyrətləndirdi" sərlövhəli məqalədə futbol üzrə Çempionlar Liqasının xülasəsi verilib.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, məqalədə "Metropolitano" stadionunda keçirilmiş matçda "Qarabağ" futbol komandasının ispaniyalı yarımmüdafiəçisi Miçelin başla dəqiq zərbə endirməsindən tamaşaçıların heyrətləndiyi bildirilir. Qeyd edilir ki, Tomas Parti hesabı 56-cı dəqiqədə bərabərləşdirib. Bir qədər sonra "Qarabağ" komandasından Pedro Enrike çıxarılsa da, sayca çox olan madridlilər üstünlük qazana bilməyiblər.

Sportacentrs.com saytı Azərbaycanın "Qarabağ" komandası ilə matçı Madridin "Atletiko"su üçün darmadağınedici hesab edir, çünki bu görüşün nəticəsində madridlilər qrupdan çıxdılar.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR