İqtisadiyyat

"Azərbaycan kənd təsərrüfatı məhsulları ixracını 50 faizədək artırıb"

  • 01 Nov 2017
  • 318 baxış

2017-ci ilin səkkiz ayı ərzində Azərbaycan 374,8 milyon dollar həcmində kənd təsərrüfatı məhsulu ixrac edib.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədovun rəsmi mətbuatda dərc olunan məqaləsində yazılıb.

Qeyd olunur ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,4 faiz çoxdur.

Bundan başqa, məqalədə qeyd olunur ki, 2017-ci ilin yanvar-sentyabr aylarında ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR